Bu gün Niderland və Almaniya çempionatlarında pley-off oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, rusiyalı futbol eksperti Andrey Bondarenko proqnozsevərlərə pley-off kuponu təklif edir.
Mütəxəssis ehtiyatlı davranaraq o qədər də yüksək olmayan əmsallara üstünlük verib. Çox qol gözləməyən Bondarenko bunu komandaların həlledici məqamda ehtiyatlı oynayacağı ilə izah edir.
Ekspert Almaniyada 2-ci Bundesliqaya, Niderlandda Erediviziyaya vəsiqə uğrunda baş tutacaq qarşılaşmalarda 3-dən çox top vurulmayacağı qənaətindədir.
“Dinamo” (Drezden) – “Kayzerslautern”: Alt3,5
“Ekselsior” – “Den Haq”: Alt3,5