İrina Viner bukmeker kontorunda qalib gəldi
19.12.2022 - 22:51
İrina Viner bukmeker kontorunda qalib gəldi

Bukmeker kontorlarına pul qoyuluşu edənlər arasında məşhur simalar da az deyil.

Apasport.az saytının məlumatına görə, Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner də futbol oyunlarına mərc etməyi sevir.

O, DÇ-2022-nin Argentina ilə Fransa arasında final matçına da pul qoyub. Cənubi amerikalıların qələbəsinə proqnoz verdiyini Vinerin özü açıqlayıb: “Mərcdə yaxşı məbləğ udmuşam. İndi “yolka”da uşaqlara hədiyyələr paylayacam. Hətta penalti olacağına da pul qoymuşdum. Əvvəl kimin udacağını ilbiz müəyyənləşdirirdi, indi isə mən. DÇ-2018-də İspaniya ilə matçda Rusiyaya qələbə mərci etmişdim. Hamı mənə başımı göstərirdi. Amma necə oldu? Rusiya İspaniyanı uddu. Bunu kim təsəvvür edə bilərdi ki? Bu dəfə isə ilk matçında Səudiyyə Ərəbistanına uduzan Argentinaya mərc gəldim. Qoy hamı bilsin ki, mən necə futbolu bilən azarkeşəm”.

Qeyd edək ki, Argentina finalda Fransaya penaltilər seriyasında qalib gəlib – 3:3, pen. 4:2.
 

writer photo
Əlirza Əlirzalı
0