Liderdən qalibiyyət, “Nyukasl”dan gözlənilməz məğlubiyyət
01.02.2025 - 21:10
Liderdən qalibiyyət, “Nyukasl”dan gözlənilməz məğlubiyyət

İngiltərə Premyer Liqasının XXIV turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Liverpul” səfərdə “Bournmut”un qonağı olub.

Mersisaydlılar rəqibinə 2 cavabsız qolla qalib gəlib. 

“Nyukasl Yunayted” isə azarkeşlərinin önündə “Fulhem”ə 1:2 hesabı ilə məğlub olub.

İngiltərə Premyer Liqası
XXIV tur

19:00. “Nyukasl Yunayted” – “Fulhem” – 1:2
19:00. “İpsviç” – “Southempton” – 1:2
19:00. “Everton” – “Lester Siti” – 4:0
19:00. “Bornmut” – “Liverpul” – 0:2

writer photo
Əlirza Əlirzalı
0