“Yunayted” “Arsenal”ın yetirməsini transfer edib
01.02.2025 - 22:43
“Yunayted” “Arsenal”ın yetirməsini transfer edib

İngiltərə Premyer Liqası komandalarından “Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub “Arsenal”ın 21 yaşlılardan ibarət komandasının üzvü Ayden Hiveni transfer edib.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı şeytanlar” ingiltərəli futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

18 yaşlı müdafiəçi yeni klubunda “26” nömrəli formada çıxış edəcək.

writer photo
Əlirza Əlirzalı
0