“Yuventus”un üzvü “Jirona”da - rəsmi
02.02.2025 - 00:54
İspaniya La Liqası komandalarından "Jirona" heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, klub “Yuventus”un yarımmüdafiəçisi Artur Melonu icarə əsasında heyətinə qatıb.
Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu mövsümün sonuna kimi "Jirona"da çıxış edəcək.
Qeyd edək ki, 28 yaşlı braziliyalı "Yuventus"a 2020-ci ildə "Barselona"dan 80 milyon avroya transfer edilmişdi.
0
0