“Liverpul”un futbolçusu La Liqada - rəsmi
02.02.2025 - 02:17
“Liverpul”un futbolçusu La Liqada - rəsmi

“Liverpul”un futbolçusu Stefan Bayçetiç karyerasını İspaniyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 20 yaşlı futbolçu “Las Palmas”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi Stefan ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Yarımmüdafiəçi yeni komandasında "21" nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, ispaniyalı futbolçu mövsümün ilk hissəsini icarə əsasında "Salzburq"da keçirmişdi.

 

writer photo
Əlirza Əlirzalı
0