Braziliya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, bu gecə A seriyasında bir neçə maraqlı oyun olacaq.
Belə matçların biri “Fluminense” və “Atletiko Mineyro” arasında olacaq. Cənubi Amerika futbolu üzrə mütəxəssis Sergey Dolotov qarşılaşma ilə bağlı proqnoz verib:
Ötən ayın sonlarında Cənubi Amerika kubokunda “Oriente Petrolero” üzərində 10:1 hesablı gözəl qələbə qazanan “Fluminense”nin işləri heç də yaxşı getmir. Qitə miqyaslı turnirdə pley-offa yüksələ bilməyən komanda ardınca çempionatda iki məğlubiyyəti sıralayıb. Bunlardan da biri “Flamenqo” ilə derbiyə təsadüf edib – 1:2. İndi “Fluminense” turnir cədvəlində yalnız 13-cüdür.
Hazırda üçüncü sırada yer alan “Atletiko Mineyro” qələbə sayəsində liderliyi ələ keçirəcək. Komanda cari mövsümdə heç də sabit oynamır. Amma “Atletiko Mineyro”nun tam özünə gəlməsi üçün “Fluminense” münasib rəqibdir. Onlar sonuncu dəfə bu rəqibə 2018-ci ildə uduzub. Bu müddətdə 4 qələbə və 4 heç-heçə qeydə alınıb.
Meydan sahibləri bu qarşılaşmada canını qoyacaq ki, ardıcıl 3-cü dəfə uduzmasın. Amma qonaqlar daha güclüdürlər və liderlik üçün hər şey edəcək. Bu görüşün qarşılıqlı hücumlarla keçəcəyini gözləyirəm.
Proqnozum: Q/Q