Aspilikueta “Çelsi”də qaldı
04.08.2022 - 17:47
Aspilikueta “Çelsi”də qaldı

Sesar Aspilikuetanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı müdafiəçi “Çelsi”də qalacaq.

“Barselona” arxa xətt oyunçusunun xidmətində maraqlı olsa da, İngiltərə klubu futbolçusunu saxlamağa qərar verib. Onun londonlularla müqaviləsi 2023-cü ilin sonunda başa çatacaq.

Qeyd edək ki, Sesarın transfer qiyməti 9 milyon avro ilə dəyərləndirilir.
 

writer photo
Əlirza Əlirzalı
0