Almaniya yığmasının keçmiş kapitanı Filip Lam ölkəsinin əsas komandasının baş məqşçilərinə ödənilən məvacibi tənqid edib.
Apasport.az saytı xəbər verir ki, veteran futbolu Almaniya Futbol İttifaqını bu barədə düşünməyə dəvət edib.
“Flikin Almaniya yığmasında illik 6,5 milyon avro qazandığını deyirlər. Yeni baş məşqçi Yulian Naqelsmanın maaşı 4,8 milyon avro təşkil edir. Bu çox böyük rəqəmdir. Almaniya Futbol İttifaqı məvaciblərin bu qədər yüksəlməsi ilə barışmalı deyil. Onlara illik 2 milyon avro ödənməsi kifayətdir”, - deyə Lam bildirib.
Lamın fikrincə, yığmalar il ərzində 10-15 oyun keçirirlər və baş məşqçilərə böyük məbləğdə maaş ödəmək lazım deyil.
Lam yığmada nəyə qarşı çıxdı?
12.10.2023 - 23:12
0
0