Fransa Liqa1-də 2022/23 mövsümün təqvimi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, mövsümün startı avqustun 5-də veriləcək.
Noyabrın 11-13-nə planlaşdırılan XV tur Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı yaranacaq fasilə öncəsi son tur olacaq. Dekabrın 28-də Liqa1 yenidən bərpa olunacaq. XVII turun görüşləri isə 2023-cü il yanvarın 1-2-nə təsadüf edəcək. Mövsümün gələn il iyunun 3-də başa çatdırılması nəzərdə tutulub.
Bundan əlavə, 2022/23 mövsümünün yekununda Liqa1-i dörd komanda tərk edəcək, əvəzində iki klub elitaya yüksələcək. Bununla komanda sayı 18-ə endiriləcək. Bir sonrakı mövsümdən isə iki komanda Liqa1-dən düşəcək, 1-i pley-off oyunu keçirəcək.
Qeyd edək ki, Fransa Liqa1-də son mövsümün çempionu PSJ olub.