“Real” Pavarı gözləyir
15.11.2022 - 19:42
“Real” müdafiə xəttini gücləndirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Bencamin Pavarı heyətinə qatmağı planlaşdırır.
“Bavariya”nın müdafiəçisinin müqaviləsi mövsümün sonunda başa çatacaq. İspaniya nəhəngi onu azad agent kimi əldə etmək fikrindədir.
26 yaşlı fransalı Münhen təmsilçisi ilə müqaviləni uzatmaqdan imtina edib. O, 2019-cu ildən “Bavariya”nın formasını geyinir. Bəzi mənbələr onun müqaviləsinin 2024-cü ildə başa çatacağını iddia edir.
Qeyd edək ki, Pavar “Bavariya”da keçirdiyi 140 görüşdə 9 qol və 11 assistə imza atıb.
0
0