47 milyonluq futbolçu "Tottenhem"də
02.09.2023 - 17:13
47 milyonluq futbolçu "Tottenhem"də

"Tottenhem" Premyer Liqanın ən sürətli oyunçularından birini heyətinə qatıb.

Apasport.az saytı xəbər verir ki, londonlular “Nottingem Forest”in hücumçusu Brennan Consonla müqavilə imzalayıb.

Uels millisinin də şərəfini qoruyan 22 yaşlı futbolçunun razılaşması 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Tottenhem” gənc forvardın keçidinə görə qarşı tərəfə 47 milyon funt-sterliq ödəyəcək.

Qeyd edək ki, Conson yeni mövsümdə 4 matçda iştirak etsə də fərqlənə bilməyib.

writer photo
Əlirza Əlirzalı
0