Qari Lineker siyasi çıxışına görə BBC-nin aparıcısı vəzifəsindən uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusu Britaniyadakı qeyri-qanuni miqrantlarla bağlı qanun layihəsinə qarşı çıxış edib. Bu qanun layihəsində miqrantlara sığınacaq verilməsinin mümkünsüzlüyü, habelə qeyri-qanuni miqrantların Böyük Britaniyadan qovulması, ardınca ölkəyə giriş qadağası və gələcəkdə vətəndaşlıq əldə etməyin mümkünsüzlüyü nəzərdə tutulub. Lineker hökumətin ritorikasını 1930-cu illərin Almaniyası ilə müqayisə edib.
Linekerin məşhur futbol şousu olan "Günün Maçı"na ev sahibliyi etdiyi yayımçı BBC onun sosial mediadan istifadəsinə dair razılıq əldə olunmayana qədər verilişdə olmayacağını bildirib:
“BBC Qari və komandası ilə danışıb. Biz onun son sosial media fəaliyyətini siyasətimizin pozulması hesab etdiyimizi bildirdik.
BBC onun sosial mediadan istifadəsinə dair razılaşdırılmış və aydın mövqeyə malik olana qədər "Günün Maçı"na ev sahibliyi etməyəcəyinə qərar verib.
Futbol və idmanı işıqlandırmaqda Qarinin tayı-bərabəri yoxdur. Biz heç vaxt deməmişik ki, Qarinin fikri ola bilməz və ya onun üçün vacib olan məsələlərə münasibət bildirə bilməz, amma partiyalı siyasi məsələlərdən və ya siyasi mübahisələrdən uzaq durmalı olduğunu demişik”.