PSJ yarımmüdafiəçisini icarəyə verir
17.07.2023 - 21:06
PSJ yarımmüdafiəçisini icarəyə verir

PSJ heyətinə qaytardığı Xavi Simonsu icarəyə verməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində “Leypsiq” və “Mançester Yunayted” maraqlıdır.

20 yaşlı futbolçu “Barselona”nın yetirməsidir. O, 2019-cu ildə PSJ-yə keçib. 2022-ci ildə PSV-yə satılan futbolçu bu yay geri qaytarılıb.

Qeyd edək ki, Niderland millisinin futbolçusu ötən mövsüm Eyndhoven təmsilçisində keçirdiyi 48 oyunda 22 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0