"Mançester Yunayted" İngiltərə Premyer Liqasında uğurlu çıxışını davam etdirir.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" XXIII turda "Lidz"in qonağı olub.
3 gün əvvəl öz meydanında bu komanda ilə 2:2 oynamış Erik ten Haxın komandası bu dəfə rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolları Alexandro Qarnaço və Markus Raşford vurub. Qonaqların daha 2 qolu oyundankənar vəziyyət səbəbindən hesaba alınmayıb.
Qeyd edək ki, bu qələbədən sonra "Mançester Yunayted" xallarını 46-ya yüksəldərək əzəli rəqibi "Mançester Siti"ni qabaqlayaraq 2-ci pilləyə yüksəlib. "Şəhərlilər" Bakı vaxtı ilə saat 20:30-da "Aston Vila" ilə qarşılaşacaq.