“Mançester Yunayted” onu satmaqdan imtina etdi
27.06.2022 - 14:05
“Barselona” Hari Maquayrın transferi üçün “Mançester Yunayted”ə sorğu göndərib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu müdafiəçinin keçidi üçün öz futbolçusu Frenki de Yonqu da təklif edib.
Amma mançesterlilər Maquayrı satmaqdan imtina edib. Bu, baş məşqçi Erik Ten Haqın istəyi ilə gerçəkləşib.
Niderlandlı mütəxəssis müdafiəçinin komandaya fayda verəcəyi qənaətindədir.
Qeyd edək ki, Maquayr 2019-cu ildən “Mançester Yunayted”in formasını geyinir.
0
0