“Real” Mbappe üçün bu addımı da atacaq
10.12.2023 - 22:25
“Real” Mbappe üçün bu addımı da atacaq

Fransa mətbuatl Kilian Mbappenin növbəti mövsümdə “Real”da çıxış edəcəyini yazıb.

Apasport.az Fransa mətbuatına istinadən xəbər verir ki, məlumatda PSJ ilə Madrid klubu arasında ilkin razılaşma əldə olunduğu bildirilib.

Paris klubu bu keçiddən maddi kompensasiya və bonuslar əldə edəcək. Mbappe “Real”da ilə 35 milyon avro qazanacaq. Bununla, o, komandanın ən çox gəlir əldə edən futbolçusu olacaq. Bundan başqa, 24 yaşlı hücumçu meydandan kənar bütün reklam və sponsor gəlirlərini özündə saxlayacaq. Bu, "Real"ın tarixində ilk belə hal hesab olunur.

Qeyd edək ki, fransalı hüçumçunun PSJ ilə müqaviləsi gələn il iyunun 30-da başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0