Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo bu komandaları sata biləcəyini bildirib.
Apasport.az “Globo”-ya istinadən xəbər verir ki, sabiq futbolçu hər iki komandanın gələcəyi ilə bağlı dəqiq fikir söyləməyib:
“Bu klublarda qalmağa davam edəcəyimi deyə bilmərəm. Bir ölkədən digərinə keçmək çox yorucudu, amma hələlik bu klubları idarə etməkdən həzz alıram. Gələcəyin necə olacağını deyə bilmərəm”.
Qeyd edək ki, mövsümün sonunda “Kruzeyro” Braziliya A Seriyasında 14-cü yeri tutub. “Valyadolid” İspaniya Sequndasında 19 matçdan sonra 35 xalla ikinci yerdədir.