Bukmeker kontorlarında daha bir diqqətçəkən uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, böyük britaniyalı Mitç Uotton iki müxtəlif turnirin çempionunu taparaq qazanc əldə edib.
Proqnozsevər darts üzrə “Böyük dəbilqə” və dünya çempionatında qalibi tapıb. O, hər iki yarışda Maykl Smitin çempion olacağına mərc edib.
Uotton buna 50 funt sterlinq yatırıb. Smit noyabrda “Böyük dəbilqə”də çempionluq sevinci yaşayıb.
Mitç kuponundakı ikinci yarışı iki ay gözləməli olub. Dünya çempionatında əsas favorit sayılmayan Maykl burada da finala qədər irəliləyib.
Maykl van Qervenlə həlledici görüş öncə Smitin şansları çox aşağı dəyərləndirilb. Həmin vaxt Uotton bukmeker kontorundan kuponu 2190,75 funt sterlinqə satmaq təklifi alıb. O, finalı gözləməyə üstünlük verib.
Dünya çempionatının sensasiya ilə tamamlanması betterə böyük sevinc bəxş edib. Onun 169 əmsallıq kuponu 8450 funt sterlinq qazandırıb.
Qeyd edək ki, Smit dünya çempionu olduğu üçün 500 min funt stetlinq mükafat alıb.