Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Laurentsiu Regekampf yetirmələrini yenə yerli komanda ilə matçda sınayıb.
“Ağ-qaralar” Türkiyə Super Liqa təmsilçisi “Qaziantep”lə qarşılaşıb. Bakı vaxtı ilə 17:00-da start götürən görüş qolsuz heç-heçə yekunlaşıb.
Bununla “Neftçi”nin Türkiyə toplanışı başa çatıb. Komanda sabah hazırlığın son mərhələsi üçün Bakıya qayıdacaq. “Ağ-qaralar” Bolu toplanışı çərçivəsində “Sakaryaspor”la heç-heçə (1:1) edib, “Sivasspor”a (0:1) məğlub olub.
Qeyd edək ki, “Qaziantep” iyulun 5-də Premyer Liqanın digər təmsilçisi “Qəbələ” ilə yoxlama görüşü keçirib və 2:1 hesablı qələbə qazanıb.
Yoxlama görüşü
14 iyul
17:00. “Neftçi” – “Qaziantep” (Türkiyə) - 0:0
Bolu