"Yuventus"dan səfərdə böyük hesablı qələbə
08.02.2023 - 01:45
"Yuventus"dan səfərdə böyük hesablı qələbə

İtaliya çempionatının XXI turuna yekun vurulub.

Apasport.az xəbər verir ki, aktivindən 15 xal silinmiş "Yuventus" səfərdə "Salernitana"nın qonağı olub.

Ardıcıl 3 çempionat matçında qələbə qazana bilməyən Turin təmsilçisi bu dəfə meydan sahiblərinin qapısından 3 top keçirib – 3:0.

Bu qələbədən sonra "Yuventus" xallarını 26-ya çatdıraraq yenidən 10-cu sıraya qalxıb.

writer photo
Əlirza Əlirzalı
0