500-cü oyun
14.01.2023 - 16:19
500-cü oyun

“Mançester Yunayted”lə görüş “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis milli çempionatların yüksək liqalarında 500-cü oyununa çıxacaq.

O, Premyer Liqanın XX turundakı Mançester derbisinədək 499 belə matç keçirib. Onun komandaları 379 qələbə qazanıb. Bu bütün matçların 76 faizidir. Qvardiola baş məşqçi kimi 2008/09 mövsümündə İspaniya La Liqasında debüt edib.

Qeyd edək ki, Mançester derbisi Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0