“Barselona” “Top-11”dən kənarda – “Qalatasaray” da onlardan öndə
16.01.2023 - 11:21
“Barselona” “Top-11”dən kənarda – “Qalatasaray” da onlardan öndə

“Real”a qalib gələn “Barselona” tarixində 14-cü dəfə İspaniya Superkubokunu qazanıb.

Apasport.az saytı öz ölkəsində ən çox Superkuboka sahib çıxan klubların siyahısını təqdim edir.

Dünya rekordu “Porto”ya məxsusdur. Portuqaliya təmsilçisi 23 dəfə Superkuboka yiyələnib.

3:1 hesabı ilə qələbə qazanan “Barselona” “Top-11”ə də düşməyib. “Böyük beşlik”də isə rekord “Mançester Yunayted”ə məxsusdur.

1. “Porto” (Portuqaliya) - 23
2. “Mançester Yunayted” (İngiltərə) – 21
3. “Ba” (Fici) – 20
4-6. “Brügge” (Belçika) – 17
“Əl-Fəysəl” (İordaniya) – 17
“Omoniya” (Kipr) – 17
7-11. “Arsenal” (İngiltərə) – 16
ASEK (Fil Dişi Sahili) – 16
“Qalatasaray” – 16
“Liverpul” (İngiltərə) – 16
“Sent Mişel” (Seyşel adaları) - 16

writer photo
Əlirza Əlirzalı
0