Messi “üçlük”dən kənarda
14.02.2023 - 19:44
Messi “üçlük”dən kənarda

Çempionlar Liqasının bombardiri adına namizədlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Avropanın ən nüfuzlu klub turnirinin məhsuldar oyunçusu üçün əmsalları açıqlayıb.

Erlinq Haland hazırda bu mükafata əsas namizəd hesab olunur. O, Kilian Mbappe və Lionel Messidən iki qol az vursa da, bukmekerlər onu üstün sayır. Mbappe ikincidirsə, Messi “üçlük”dən də kənardadır. 3-cü sırada Məhəmməd Salah qərarlaşıb.

1. Erlinq Haland (“Mançester Siti”) – 2,70 (5 qol)
2. Kilian Mbappe (PSJ) – 3,30 (7 qol)
3. Məhəmməd Salah (“Liverpul”) – 3,50 (7 qol) 
4. Lionel Messi (PSJ) – 25,0 (4 qol)
5. Cakomo Raspadori (Napoli) – 35,0 (4 qol)
6. Sadio Mane (“Bavariya”) – 35,0 (3 qol)
7. Leroy Sane (“Bavariya”) – 40,0 (4 qol)
8. Olivye Jiru (“Milan”) – 45,0 (4 qol)
9. Vinisius Junior (“Real”) – 50,0 (4 qol) 
10. Darvin Nunyes (“Liverpul”) – 60,0 (3 qol)
11. Neymar (PSJ) – 80,0 (2 qol)
12. Kərim Benzema (“Real”) – 80,0 (0 qol)

writer photo
Əlirza Əlirzalı
0