Portuqaliyadan 4-cü dəfə
07.12.2022 - 09:36
Qonsalu Ramuş Portuqaliya millisinin heyətində dünya çempionatında het-trik edən 4-cü futbolçu olub.
Apasport.az saytının məlumatına görə, hücumçu DÇ-2022-nin İsveçrə ilə 1/8 final oyununda üç qol vurub.
Ona qədər üç portuqaliyalı bunu bacarıb. 2018-ci ildə Kriştiano Ronaldo İspaniya (3:3), 2002-ci ildə Pedro Pauleta Polşa (4:0), 1966-cı ildə Eysebio KXDR (5:3) ilə görüşdə üç qol vurub.
Qeyd edək ki, Portuqaliya İsveçrəni 6:1 hesabı ilə məğlub edib.
0
0