Luis Enrike: “Fliklə finalda qarşılaşmağa razılaşdıq”
29.11.2022 - 14:17
Luis Enrike: “Fliklə finalda qarşılaşmağa razılaşdıq”

İspaniya millisinin baş məşqçisi Luis Enrike maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində üz-üzə gəldikləri Almaniya ilə finalda bir daha qarşılaşacaqlarını proqnozlaşdırıb.

Luis Enrike hətta almaniyalı həmkarı Hansi Fliklə bu barədə razılaşdıqlarını da deyib: “Fliki xüsusilə bəyənirəm. O, son dərəcə savadlıdır və futbol səviyyəsi çox yüksəkdir. Üstəlik, komandasındakı futbolçular da ona hörmətlə yanaşırlar. Fliklə finalda qarşılaşmağa razılaşdıq. Hamı bilir ki, Almaniya ilə yenidən üz-üzə gəlməyin yeganə yolu turnirin finalıdır. Zarafat və ya ciddi, biz həmin görüşü keçirmək üçün dekabrın 18-də Dohada bir-birimizi görəcəyimizi dedik”.

Qeyd edək ki, E qrupunun II turunda bu komandalar arasında keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb. Son tur öncəsi İspaniyanın 4, Almaniyanın isə 1 xalı var.

writer photo
Əlirza Əlirzalı
0