Stolüstü tennisçilərimiz Çinə yollanıb
10.11.2024 - 16:55
Azərbaycanın stolüstü tennisçiləri Çinə yollanıblar.
Apasport.az xəbər verir ki, idmançılarımız bu ölkədə növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.
Seçmə komandamızın heyətində Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.
Qeyd edək ki, təlim-məşq toplanışları noyabrın 27-də yekunlaşacaq.
- Emin Mahmudov millinin heyətindən çıxarıldı - Son dəqiqə
- Pep Qvardiola: “Ümid edirəm məni qovmayacaqlar və..."
- Federasiya prezidenti: “Avropa Oyunlarından ən azı 3-4 medal götürməyə çalışacağıq”
- Messiyə tüpürdülər: “Onun haqda danışsam, çox məşhur olar”
- “Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
0
0