Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 58 kq-da çıxış edən Paris-2024-ün lisenziyaçısı bu uğura Serbiyanın paytaxtı Belqradda imza atıb.
Maqomedov mübarizəyə 1/16 finaldan start verib. Taekvondoçumuz ardıcıl olaraq, Skutaru Tristan (Rumıniya, 2:0), Xalid Abdel Halim (Almaniya, 2:1) və Cek Uollini (İrlandiya 2:1) məğlub edərək yarımfinala yüksəlib. Taekvondoçumuz finala gedən yolda italiyalı Vito Dell Aquila ilə döyüşüb. Rəqib 2:0 hesabı ilə qələbə qazandığından Qaşım bürünc medala layiq görülüb.
Qeyd edək ki, Avropa çempionatına mayın 12-də yekun vurulacaq.