Premyer Liqa klubuna 50 milyonluq müdafiəçi
29.10.2022 - 14:07
Premyer Liqa klubuna 50 milyonluq müdafiəçi

“Vest Hem” qış fasiləsində heyətini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu müdafiəçi almağı planlaşdırır.

Londonlular “Valensiya”da çıxış edən Uqo Qilyamoneni heyətinə qatmaqda maraqlıdır. 22 yaşlı futbolçunun sərbəstqalma məbləği 50 milyon avrodur. 

Premyer Liqa klubu müdafiəçiyə təklif hazırlayıb. Onun ispaniyalılarla müqaviləsi 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, cari mövsümdə 10 oyuna çıxan futbolçu 3 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0