Rollan Qarros tennis turnirinin finalçıları bəlli olub.
Apasport.az-ın məlumatına görə, həlledici görüşdə Novak Cokoviç və Kasper Ruudla qarşılaşacaqlar.
Cokoviç yarımfinalda hazırda dünyanın 1 nömrəli raketka ustası Karlos Alkarasa qalıib gəlib. Hesab 1:1 olarkən, 3-cü setin ikinci geymində ispaniyalı tennisçinin zədələnməsi oyunun axarına təsir edib. Var gücü oynaya bilməyən Alkaras növbəti iki seti eyni hesabla uduzub - 1:6.
Qələbə qazanan Cokoviç Rollan Qarrosda 7-ci dəfə final oynayacaq. Onun rəqibi Ruud isə ötən il olduğu kimi, yenə də Parisdə həlledici matçında mübarizə aparacaq. O, yarımfinalda çətinlik çəkmədən Aleksandr Zverevə qalib gəlib.
Qeyd edək ki, final matçı bazar günü keçiriləcək. Tərəflər arasında indiyədək 4 matç baş tutub və Cokoviç bütün görüşləri qələbə ilə başa vurub. Qələbə qazanacağı təqdirdə Novak “Böyük Dəbilqə” yarışlarında rekordçu olacaq.
Rollan Qarros
Yarımfinal
Novak Cokoviç (Serbiya) – Karlos Alkaras (İspaniya) – 3:1 (6:3, 5:7, 6:1, 6:1)
Kasper Ruud (Danimarka) – Aleksandr Zverev (Almaniya) – 3:0 (6:3,6:4, 6:0)
Cokoviç rekordun bir addımlığında
09.06.2023 - 23:39
0
0