“Rollan Qarros”da 90 qələbə
06.06.2023 - 23:47
Novak Cokoviç “Rollan Qarros” tennis turnirində 90-cı qələbəsini qazanıb.
Apasport.az-ın məlumatına görə, serbiyalı tennisçi ¼ finalda rusiyalı həmkarına qalib gəlib.
Bu, ulduz idmançının “Böyük Dəbilqə” yarışlarında ən yüksək nəticəsidir. Cokoviçin “Australian Open”də 89, “Umbildon Open”də 86, “US Open”də isə 81 qələbəsi var. Tennis tarixində heç bir idmançı belə sabit nəticə göstərməyib.
Qeyd edək ki, Novak “Rollan Qarros”da 12-ci, “Böyük Dəbilqə” yarışlarında isə 45-ci yarımfinalını oynayacaq. Yalnız məşhur Roje Federerin hesabında 46 yarımfinal matçı var.
0
0