Azərbaycan voleybolçusu çıxışına görə MÜKAFATLANDIRILDI
08.01.2024 - 15:40
Azərbaycan voleybolçusu çıxışına görə MÜKAFATLANDIRILDI

20 yaşadək qızlar (U-20) arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən Azərbaycan millisinin üzvü Vlada Kavtunova yarışda fərqlənən oyunçular sırasında yer alıb.

Apasport.az xəbər verir ki, yığmamızın liberosu 3-7 yanvar tarixlərində Litvanın Şaulyay şəhərində təşkil olunmuş çempionatda komandamızın heyətində ən yaxşı oyunçu seçilib. Vlada təşkilat komitəsi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, millimiz sözügedən çempionatda 5 oyun keçirib və hər birində 0:3 hesabı ilə məğlub olub. 

writer photo
Əlirza Əlirzalı
0