Qadın voleybolçular arasında Azərbaycan çempionatı başa çatıb.
Apasport.az saytının məlumatına görə, Yüksək Liqanın mükafatçıları final mərhələsinin üçüncü oyunlarında müəyyənləşib.
Bürünc medal üçün yarışan UNEC və “Murov”un dueli 3 set davam edib. İlk iki qarşılaşmada olduğu kimi yenə asan qələbə qazanan “Murov” ölkə çempionatının bürünc medallarını əldə edib.
Çempionun adına “Abşeron” və “Azərreyl” klublarının görüşündə aydınlıq gəlib. 3-cü yer uğrunda dueldəki kimi burada da ciddi mübarizə yaşanmayıb. İlk iki matçda 3:0 hesabı ilə qalib gələn “Azərreyl” yenə rəqibini məğlubiyyətə uğradıb.
Ötən mövsüm “Abşeron”la çempionluq yaşayan Eldar Yusubov bu dəfə yeni komandası ilə qızıl medallara sahib çıxıb. O, sabiq yetirmələri ilə dueldə buna nail olub.
Qeyd edək ki, kişi voleybolçuların çempionatında final mərhələsinin üçüncü oyunları aprelin 20-də keçiriləcək.
Yüksək Liqa (qadınlar)
18 aprel
Üçüncü yer uğrunda (3-cü oyun)
13:30 “Murov” - UNEC – 3:0 (25:19, 25:15, 25:16)
Final (3-cü oyun)
15:30 “Azərreyl” - “Abşeron” - 3:0 (25:16, 25:18, 25:15)