Argentinalı ulduz üçün 95 milyon avro
12.08.2024 - 18:59
Argentinalı ulduz üçün 95 milyon avro

"Atletiko Madrid" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi "Mançester Siti"dən Xulian Alvarez transferini rəsmiləşdirib.

Transfer ispanlara 75 milyon avroya başa gəlib. Müqavilədə 20 milyon avroluq bonuslar da yer alıb.

Qeyd edək ki, "şəhərlilər"in heyətində ümumilikdə 103 matçaa çıxan Alvarez 36 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0