Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və İdarə Heyətinin üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə AVF-nin prezidenti Şahin Bağırov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İclasda öncə Baş katib vəzifəsi ilə bağlı müzakirələr aparılıb. İdarə Heyətinin qərarı ilə AVF-nin Baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Qərara əsasən, bu vəzifənin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.
Daha sonra İdarə Heyətinin üzvləri çıxış ediblər. Onlar voleybolun inkişafı ilə bağlı müzakirələr aparıblar, federasiyanın qarşısında duran vəzifələrdən, görüləcək işlərdən danışıblar. Bildirilib ki, bu istiqamətdə yeni layihələr hazırlanmalı və voleybolun ölkəmizdə populyarlığının daha da artırılması üçün bir sıra işlər görülməlidir.
İdarə Heyəti çıxışlar və müzakirələrdən sonra görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edib.