Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyuna çıxacaqlar
25.05.2024 - 10:22
Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyuna çıxacaqlar

Bu gün voleybol üzrə həm qadın, həm də kişilərdən ibarət Azərbaycanın milliləri Qızıl Avropa Liqasında növbəti matça çıxacaqlar.

Apasport.az xəbər verir ki, qadınlardan ibarət yığma Rumıniyada İsveçlə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Ötən gün Rumıniyaya (0:3) uduzan komanda I turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub. Millimiz hazırda 12 ölkə arasında 3 xalla 9-cu pillədə qərarlaşıb.

Kişilərdən ibarət komandamız isə Şimali Makedoniya ilə üz-üzə gələcək. Belçikadakı oyun saat 19:30-da başlayacaq. Ötən gün meydan sahiblərinə qarşı xallar itirən (0:3) yığma Bakıdakı I turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu - 12-ci yerdədir.

writer photo
Əlirza Əlirzalı
0