“Latsio”da gözlənilməz zədə
16.03.2024 - 11:18
“Latsio”da gözlənilməz zədə

“Latsio”nun əsas qapıçısı İvan Provedel ötən tur “Udineze” (1:2) ilə qarşılaşmada zədələnib.

Apasport.az xəbər verir ki, zədənin olduqca ciddi olduğu məlum olub.

Təcrübəli futbolçu təxminən 1 ay meydanlardan uzaq qalacaq. 

O, martın 30-u Turində Yuventusla, aprelin 7-də isə "Roma" ilə vacib oyunu buraxmalı olacaq.

writer photo
Əlirza Əlirzalı
0