Yığmamız dünya reytinqində irəlilədi
07.09.2023 - 11:23
Yığmamız dünya reytinqində irəlilədi

Voleybol yığmalarının FİVB reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Avropa çempionatının yekununa əsasən müəyyənləşən cədvəldə Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.

Qadınlardan ibarət millimiz 112,41 xalla dünyanın 32-ci komandasıdır. Avropa çempionatında uğursuz çıxış edən yığmamız Çexiya və Yunanıstan üzərindəki qələbələr sayəsində 1 pillə irəliləyib. 

Qadın komandaların cədvəlinə Avropa çempionu Türkiyə başçılıq edir. Onların aktivində 384,08 xalı var. “Ay-ulduzlular”ı ABŞ izləyir (357,13 xal). “Üçlüy”ü qitə çempionatının finalında uduzan Serbiya qapayır – 356,82 xal. 

Kişilərdən ibarət komandamız 83,33 xalla planetin 46-cısıdır. Voleybolçularımız son cədvəllə müqayisədə 1 pillə geriləyiblər.

İlk “üçlük” isə dəyişməz qalıb. Polşa (409,22), ABŞ (376,16) və İtaliya (365,85) ön sıralarda qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0