Millimiz ilk oyununda Avstriya yığması ilə üz-üzə gələcək
17.08.2024 - 10:56
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv səfərdə Avstriya seçməsi ilə üz-üzə gələcək.
B qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan yığması bir həftə sonra Bakıda Belçika komandasını qəbul edəcək.
0
0