"Avropa futbolu ərəblərin transfer çılğınlığı səbəbindən geriləyir”.
Apasport.az saytı xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri deyib.
27 yaşlı ispan Səudiyyə Ərəbistanı klublarının həyata keçirdiyi transfer siyasətini kəskin pisləyib. Yarımada təmsilçilərinin ödədiyi astronomik məbləğlərin Avropa futbolunda geriləməyə səbəb olduğunu deyən Rodri bu vəziyyətə nəzarət olunmalı olduğunu düşünür: “Avropa futbolu bu vəziyyətdə uduzur və Səudiyyə klublarının təklif etdiyi pulları nəzərə alsaq, bunu başa düşmək olar. Artıq gənc oyunçuların Səudiyyə Ərəbistanına köçdüyünü gördüyümüz üçün baş verən istedad axınına nəzarət etməliyik”.
Qeyd edək ki, Kristiano Ronaldo, Kərim Benzema, Sadio Mane, Neymar kimi ulduzlar maliyyə səbəbindən ərəb klublarına transfer olunublar. Bu tendensiyanın qarşıdakı transfer pəncərələrində də davam etməsi gözlənilir.