Millimizin Avropa çempionatına hazırlıq planı
24.03.2024 - 11:26
Avropa çempionatında iştirak edəcək çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması yarışa hazırlığını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, komandamız bu gün Antalyaya yola düşüb.
Rusiyalı mütəxəssis İqor Olefirin rəhbərlik etdiyi yığmamız burada 2 həftə təlim-məşq toplanışı keçəcək. Veolybolçularımız bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.
Hazırlığa 7 oyunçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.
Qeyd edək ki, AVRO-2024 (U-18) iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.
0
0