Santarelli Türkiyə millisində davam edəcək
24.08.2024 - 14:52
Santarelli Türkiyə millisində davam edəcək

Voleybol üzrə Türkiyənin qadınlardan ibarət milli komandasının baş məşqçisi Daniele Santarelli vəzifəsini davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ açıqlama verib.

Üstündağ Türkiyə millisinin performansından məmnun qaldığını və uğurlu çıxışın Los Ancelesdə də davam edəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, federasiya italiyalı mütəxəssislə 2+4 illik müqavilə imzalayıb. 

writer photo
Əlirza Əlirzalı
0