Türkiyə - Serbiya finalı
02.09.2023 - 01:38
Türkiyə - Serbiya finalı

Qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatının finalçıları müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, həlledici qarşılamada Türkiyə və Serbiya yığmaları qarşılaşacaqlar.

Türkiyə voleybolçuları yarımfinalda İtaliyaya qalib gəliblər. Beş set davam edən oyunda “ay-ulduzlular” əzmkarlıq nümayiş etdiriblər. Serbiya isə Hollandiya komandasını məğlub edib.

Qeyd edək ki, final matçı bazar günü keçiriləcək.

Avropa çempionatı
Qadınlar, yarımfinal
1 sentyabr

Türkiyə - İtaliya – 3:2 (18:25, 25:23, 15:25, 25:22, 15:6)
Serbiya – Hollandiya – 3:1 (25:21, 15:25, 25:22, 25:21)
 

writer photo
Əlirza Əlirzalı
0