Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatına start verilib.
Apasport.az saytının məlumatına görə, Yüksək Liqanın 2022/2023 illər mövsümünün ilk günündə bir matç baş tutub.
Günün yeganə oyununda debütant “Xarı bülbül” və MOİK üz-üzə gəlib. Bakıdakı Voleybol Mərkəzində təşkil olunan matç Şuşa klubunun asan qələbəsi ilə yekunlaşıb. Debütant təcrübəli rəqibinə set vermədən qalib gəlib.
Qeyd edək ki, bu qarşılaşmanın ardınca həm qadın, həm də kişi voleybolçuların çempionatlarının rəsmi açılış mərasimi keçiriləcək.
Yüksək liqa (kişilər)
15 dekabr
I tur
14:00. “Xarı bülbül” – MOİK - 3:0 (25:20, 28:26, 25:16)
Bakı. Voleybol Mərkəzi