Pep Qvardiola Çempionlar Liqasında 100-cü qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, hazırda “Mançester Siti”ni çalışdıran ispaniyalı mütəxəssisin yubileyi yarımfinalın “Real”la cavab oyununa təsadüf edib.
İngiltərə klubu bu qarşılaşmada 4:0 hesabı ilə qalib gəlib. Qvardiola qitənin ən nüfuzlu klub turnirindəki qələbə sayında 100-ə çatan 3-cü baş məşqçi olub.
Bunadək yalnız iki mütəxəssis 100-dən artıq qələbə qazanıb. Karlo Ançelotti 107, Aleks Ferqyuson 102 uğura sevinib.
100-cü qələbəni Qvardiola 160-cı matçda bayram edib. Ançelotti 180, Ferqyuson 184-cü oyunda buna nail olub.
Qeyd edək ki, “Barselona” və “Bavariya”da da işləmiş Qvardiola 2016-cı ildən “Mançester Siti”də çalışır.