110 günlük baş məşqçi
19.10.2022 - 13:31
110 günlük baş məşqçi

Almaniya Bundesliqasında növbəti istefa gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, bunu “Şalke”nin mətbuat xidməti açıqlayıb.

Helzenkirhen təmsilçisi baş məşqçi Frank Kramer ilə yollarını ayırıb. Buna komandanın uğursuz nəticələri səbəb olub.

O, 2022-ci ilin iyulunda bu posta təyin olunub. Kramer “Şalke”nin sükanı arxasında 110 gün duruş gətirib.

Qeyd edək ki, Bundesliqanın 10 turundan sonra “Şalke” 18 komanda arasında 17-ci yerdə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0