12 illik karyeranın sonu
08.07.2023 - 20:34
12 illik karyeranın sonu

Qapıçı Daved De Xea “Mançester Yunayted”dən ayrılıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə tərəflər rəsmi açıqlama yayıb.

David De Xea 2011-ci ildən “qırmızı şeytanlar”ın heyətində çıxış edirdi. 12 il komandanın şərəfini qoruyan ispaniyalı qolkiper 545 oyunda meydana çıxıb. O, görüşlərin 190-da qapısını toxunulmaz saxlayıb ki, bu, klubun rekordudur.

Qeyd edək ki, De Xea “Mançester Yunayted”də 5 kubok qazanıb. O, Premyer Liqa, Avropa Liqası, İngiltərə kuboku və Liqa kuboku (2 dəfə) titullarına sahib çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0