13 ildən sonra 1 milyon avroluq qazanc
18.10.2022 - 17:23
13 ildən sonra 1 milyon avroluq qazanc

“Real”ın hücumçusu Kərim Benzemanın “Qızıl top”a sahib olması “Lion”a qazanc gətirib.

Apasport.az saytının məlumatına görə, buna səbəb Fransa klubunun 2009-cu ildə onu “kral klubu”na satarkən müqaviləyə əlavə etdiyi bənddir.

Məsələ burasındadır ki, 13 il əvvəl keçid zamanı klublar arasındakı anlaşmaya əsasən Benzemanın hər “Qızıl top” alması “Lion”a 1 milyon avro qazandırmalıdır. 34 yaşlı forvard dünən baş tutan tədbirdə 2022-ci ilin ən yaxşısı seçildiyindən, “Real” sözləşməyə sadiq qalaraq, qarşı tərəfə 1 milyon avroluq ödəniş edib.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm “Real”ın heyətində keçirdiyi 10 oyunda 5 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0