18 milyonluq təklif
03.08.2023 - 21:09
18 milyonluq təklif

“Barselona” Frank Kesseiyə müştəri axtarmaqda davam edir.

Apasport.az-ın məlumatına görə, onun Səudiyyə Ərəbistanına satılması gözlənilir.

“Əl-Hilal” afrikalı yarımmüdafiəçi üçün təklif paketi hazırlayıb. “Barselona”ya 15 milyon avro ödəmək niyyətində olan ərəblər futbolçuya daha yüksək məbləğ verəcəklər. Franka mövsümlük 18 milyon avrodan üç illik müqavilə təklif olunub. Onun “İnter”ə keçəcəyi xəbərləri dolaşsa da, Milan klubu ilə danışıqlar uğursuz başa çatıb.  

Qeyd edək ki, Kessei “Barselona”da bir mövsüm keçirib. O, komandanın heyətində 38 oyunda meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0