19 yaşlı futbolçu “Mançester Siti”nin radarında
15.09.2023 - 15:27
19 yaşlı futbolçu “Mançester Siti”nin radarında

Daha bir gənc futbolçu “Mançester Siti”nin radarına girib.

Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubu "Boka Xuniors"un müdafiəçisi Valentin Barkonun oyununu bəyənib.

İngilislər 19 yaşlı futbolçunun keçidini araşdırmağa başlayıb. Argentina klubu isə Avropanın bir çox top-komandalarının diqqət mərkəzində olan gənc oyunçunu mümkün qədər baha qiymətə satmağa çalışır. 

 Qeyd edək ki, ötən mövsüm 18 matçda iştirak edən Barko bir qol vurub və iki məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0